GERIYƏ

Cəlil Məmmədquluzadənin 150 İllik Yubileyinə Həsr Olunmuş “Dünyada Sözdən Böyük Yadigar Yoxdur” Mövzusunda Respublika Elmi Konfransının Materialları 29 Noyabr 2019-Cu İl

Müəllif
Nəşr olunduğu il 2019
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Qeyrət
Nəşr yeri Naxçıvan

. Cəlil Məmmədquluzadənin 150 İllik Yubileyinə Həsr Olunmuş “Dünyada Sözdən Böyük Yadigar Yoxdur” Mövzusunda Respublika Elmi Konfransının Materialları 29 Noyabr 2019-Cu İl. Naxçıvan, Qeyrət, 2019.

İsa Həbibbəyli "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyası ilə ədəbiyyatşünas-lığımıza "mühit" anlayışını həm də bir nəzəriyyə və təhlil prinsipi olaraq gətirir, daxil edir. Doğrudur, İsa Həbibbəyliyə qədər də ədib və şairləri yetirən, o cümlədən Mirzə Cəlilin yetişdiyi mühitdən yazanlar çox olmuşdur. Müəllif özü də bunu tədqiqatında xəbər verir. Əvvəla, Mirzə Cəlilin özünün xatırlatdığımız "Xatiratım" əsərində, yaxud Əziz Şərifin "Keçmiş günlər"ində memuar ədəbiyyatı olaraq. Bugünlərdə "Cəlil Məmmədquluzadə 150 il" kitabının təqdimatında da vurğulandığı kimi, Mirzə Cəlil haqqında memuarların kulminasiya mərhələsi 5 1967-ci ildə Abbas Zamanovun 100 illik münasibətilə nəşr etdirdiyi "Məqalələr və xatirələr" kitabı hesab olunmalıdır. Həmidə xanımın "Mirzə Cəlil haqqında xatirələrimi də bu dövrə aiddir. Amma memuar ədəbiyyatı 1) elmi araşdırma və təhlil olmayıb, sadəcə "olmuşları" təsvir edir, ədəbiyyatşünaslıq üçün bir mənbə rolunu oynaya bilər; 2) elo bir dövrdə yaranmışdı ki, ideoloji senzuradan kənarda deyildi, bəzən memuaristlər sözünü axıracan deyə bilmir və yaxud da dolayısı deməyə məcbur olurdu. Bu baxımdan hətta Mirzə Cəlilin "Xatiratım" əsəri də istisna olmayıb, daha çox yazıçı sözü kimi anlaşılmalıdır.