Peyk və yerüstü ölçmə verilənlərinin dəqiqliyinin artırılması (Monoqrafiya)
Müəllif | Amidə Cəbrayıl qızı Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Amidə Cəbrayıl qızı Əliyeva. Peyk və yerüstü ölçmə verilənlərinin dəqiqliyinin artırılması (Monoqrafiya). Bakı, Elm, 2025.
Monoqrafiyada peyk və yerüstü ölçmə verilənlərinin dəqiqliyinin artırılması, ölçmə vasitələrinin kalibrə edilməsi və praktiki məsələlərin həllində ölçmələrin korreksiyası sahəsində müəllifin çoxillik tədqiqatlarının nəticələri şərh olunmuşdur. Burada həmçinin ətraf mühitin vəziyyət parametrlərinin təyinində məsafədən müşahidə məlumatlarının emalı üçün atmosfer aerozolunun təsirinin qiymətləndirilməsi məsələləri öz əksini tapmışdır.
Aerokosmik ekoloji monitorinq, məsafədən zondlama verilənləri-nin emalı sahəsində çalışan mütəxəssislər, bakalavr və doktorantlar üçün nəzərdə tutulmuşdur.