Bitsiklik efirlərin sintezi və tətbiqi
Müəllif | Qədirli Vüsalə Seyid Əzim qızı, İbrahimova Minavər Cəfər qızı |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Savad |
Nəşr yeri | Bakı |
Qədirli Vüsalə Seyid Əzim qızı, İbrahimova Minavər Cəfər qızı. Bitsiklik efirlərin sintezi və tətbiqi. Bakı, Savad, 2025.
Oxuculara böyük məmnunluq hissi ilə təqdim olunan “Bitsiklik efirlərin sintezi və tətbiqi” adlı monoqrafiya zərif üzvi sintezin dar bir sahəsini əhatə edərək uzun və gərgin əməyin nəticəsində ərsəyə gəlmişdir. Burada dünya çapında dərc edilmiş elmi işlərlə yanaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun elmi əməkdaşları tərəfindən yerinə yetirilən tədqiqat işləri də öz əksini tapmışdır. Kitabda norbornen karbon turşusunun efirlərinin, həmçinin onlar əsasında diefirlərin, o cümlədən bitsiklik fraqmentli (met)akril efirlərinin sintez üsulları, xassələri, tətbiq sahələri və polimerləşməsi haqqında əhatəli məlumat verilmişdir.
Kitab üzvi kimya sahəsində ixtisaslaşan mütəxəssislər, tələbələr, magistrlar, doktorantlar, habelə bu sahədə çalışan elmi işçilər üçün nəzərdə tutulmuşdur.