GERIYƏ

Azərbaycanın unlu məmulatları istehsalında texnoloji proseslərin təkmilləşdirilməsi

Müəllif Məlikov Əhməd Qulu oğlu
Nəşr olunduğu il 2025
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat
Nəşr yeri Gəncə

Məlikov Əhməd Qulu oğlu. Azərbaycanın unlu məmulatları istehsalında texnoloji proseslərin təkmilləşdirilməsi. Gəncə, , 2025.

Monoqrafiyada yerli xammallardan hazırlanan və tərkibi mikroelementlərlə zəngin olan spesifik xüsusiyyətlərə malik milli unlu məmulatlarımızın istehsalının intensivləşdirilməsi kimi aktual məsələlərin həllinə həsr olunmuşdur və respublikamızda “Ərzaq təhlükəsizliyi” üzrə Dövlət Proqramının yerinə yetirilməsində xüsusi çəkiyə malikdir. Monoqrafiyada milli unlu məmulatların istehsalında istifadə olunan xəmir yarımfabrikatların formalanması prosesində ilk dəfə olaraq xəmirin fiziki-mexaniki xassələrinin tədqiqi, xəmir yarımfabrikatlarının hazırlanmasında səpələnən məhsulların dəqiq dozalaşdırılması, yarımfabrikatların ekstruziya, yayma, tökmə üsulu ilə formalaması üçün texniki vasitələrin forma, parametr və iş rejimlərinin analizi və proseslərin optimallaşdırılması üçün riyazi modelləşdirilməsi aparılmış, milli unlu məmulatların istehsalını intensivləşdirmək məqsədi ilə problemə dair bütün məsələlər sistemli analiz metodu ilə kompleks şəkildə öyrənilmişdir. İlk dəfə olaraq müəllif milli unlu məmulatların hazırlanmasında istifadə olunan xəmir yarımfabrikatların istehsal texnologiyasının təsnifat sxemini vermiş və intensivləşdirmə prosesinin elmi əsasını yaratmışdır. Tədqiqat işinin praktik əhəmiyyətinə dair müəllif tərəfindən ixtira və patentləri əsasında respublikanın yeyinti sənayesi istehsalatlarında və aqrar sektorda çalışan fermerlərin maarifləndirilməsi, həmçinin onların yeni texnologiyalara və texniki vasitələrə olan təlabatlarının ödənilməsi üçün dövlət orqanlarına layihələr tərtib edilmiş və onların müvafiq dövlət orqanları tərəfindən istifadəsi üçün qəbul olunmuşdur.