GERIYƏ

Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası

Müəllif Əliyev Məmməd
Nəşr olunduğu il 2023
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Əliyev Məmməd. Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası. Bakı, Elm və təhsil, 2023.

Təqdim olunan əsərdə Azərbaycan klassik söz ustalarının tarixi təcrübəsi əsasında əruz vəznli şerirdə təfilə və onun ritmik fünksiyasından, qəlib, ölçü, bölüm münasibətlərindən, onların misradakı əla-qəsindən danışılır. Kitabda anadilli şerimizdə tətbiq edilən əruz vəzninin xüsusiyyətlərindən, iltisaqi quruluşlu dilimizdə ahəng qanunun güclü fəaliyyət göstərdiyi bir vəziyyətdə onun bəhr növləri, variantlarının meydana çıxmasından, Qazi Bürhanəddin, İ.Nəsimi, M.Füzuli, Şah Xətai, M.Ə.Sabir, A.Səhhət kimi ölməz sənətkarlarımızın yaradıcılığında kəsb etdiyi şəkillərindən, milli Azərbaycan əruzunun ecazkar səs, ahəng və musiqi gözəlliklərindən ətraflı danışılır. Əsər əruzşünas alimlərin bir vaxtlar tövsiyə etdiyi qəlib, növ, variant münasibətlərinin yeni elmi izahı baxımından qiymətlidir