GERIYƏ

Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti

Müəllif Süleymanov Rasim
Nəşr olunduğu il 2020
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Ləman Nəşriyyat Poliqrafiya MMC
Nəşr yeri Bakı

Süleymanov Rasim. Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti. Bakı, Ləman Nəşriyyat Poliqrafiya MMC, 2020.

Monoqrafiyada Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, onu böyük məhəbbətlə sevən və yüksək qiymətləndirən xalqımızın ümummilli lideri, müstəqilliyimizin memarı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın kitab mədəniyyəti, kitabçılıq işi, kitab və onun nəşri məsələləri ilə əlaqədar diqqət və qayğısı, eyni zamanda onun zəngin irsi və ulu öndərə həsr olunmuş fundamental əsərlər araşdırılmış və tədqiq edilmişdir. Kitabda ulu öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsinin araşdırılmasına, öyrənilməsinə geniş yer ayrılmış və bu məsələlər ardıcıllıqla təhlil olunmuşdur. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gələcək nəsillərə çatdırılması məsələləri də burada ümumiləşdirilmişdir. Kitab kitabşünaslar və naşirlər, ali məktəb tələbələri, magistrantlar, doktorantlar, mədəniyyət işçiləri və tədqiqatçılar, habelə Heydər Əliyev irsini sevən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.