GERIYƏ

Mebel İstehsalında Deşik Və Oyuqların Açılması, Siyirmələrin Hazırlanması

Müəllif Ülviyyə Məmmədova
Nəşr olunduğu il 2019
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat Azərbaycan Respublikası Təhsil Nazirliyi
Nəşr yeri

Ülviyyə Məmmədova . Mebel İstehsalında Deşik Və Oyuqların Açılması, Siyirmələrin Hazırlanması. , Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2019.

Ölkədə mebel sənayesinin inkişafı məsələlərindən danışdıqda, ilk növbədə mebel istehsalı üçün əsas xammal hesab edilən ağac ehtiyatlarının qıtlığı mövzusu gündəmə gəlir, Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt xammal yox, ölkədə müasir texnoloji avadanlıqların mövcudluğu və düzgün marketinq strategiyasıdır. Statistikaya nəzər saldıqda görərik ki, dünya ağac ehtiyatlarının 25%-dən çoxu Rusiya Federasiyasının ərazisində yerləşməsinə baxmayaraq, mebel sənayesinin zəif inkişaf etməsi nəticəsində Rusiya dünya mebel bazarının cəmi 2%-ni istehsal edir. Eyni zamanda ərazisinin yalnız 14%-i meşə örtüyü olan və mebel sənayesi üçün ilkin xammalın 97%-ni idxal edən Çin Respublikası dünya mebel bazarının 9,4%-ni təmin edir. Əhalisi cəmi 2 mln. olan, mebel üçün xammalın 94% idxal edən Sloveniya isə ildə 600 mln. dollar məbləğində mebel ixrac edir.