GERIYƏ

Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi

Müəllif Piriyev İvtixar
Nəşr olunduğu il 2013
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Apostroff
Nəşr yeri Bakı

Piriyev İvtixar. Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi. Bakı, Apostroff, 2013.

İvtixar Piriyevin «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyası-nın mövqeyi» adlı monoqrafiyası Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Elçin dramaturgiyasının Müstəqillik dövrü teatrımızın inkişafındakı mövqeyinə həsr edilmiş, Elçin yaradıcılığı milli teatr mədəniyyətimizin mühüm faktı kimi araşdırılmışdır. Elçin teatrının müstəqillik dövrü teatrımızda yeni teatr estetikasının formalaşmasındakı yeri, əhəmiyyəti, mövqeyi müəyyənləşdirilmişdir. Tədqiqatda Elçinin yalnız pyeslərinin. komediya və tragikomediyalarının həm Azərbaycan, həm də xarici ölkə teatrlarının səh nələrindəki tamaşalarının aktual bədii səciyyələrini deyil, eyni zamanda Elçinin 70-ci illərdən üzü bəri yazdığı tənqidi məqalələri, resenziyaları, publisistik yazıları, esseləri. müxtəlif səviyyəli tədbirlərdəki çıxış və məruzələrini, müsahibələrini də geniş təhlil və tədqiq etməklə, onun Azərbaycan dramaturgiyasının, teatrının, teatr estetikasının ümumi yaradıcılıq inkişafına, sənətkarlıq səviyyəsinin yüksəlişinə, Azərbaycanın ədəbi-ictimai, mədəni mühitinin ənənələrinin, müasirlik ruhunun, beynəlmiləlçilik mahiyyətinin, mə-nəvi mündəricəsinin güclü təbliğatçısı və təəssübkeşi olması faktı isbatlanır. Monoqrafiya teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisas-lar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan oxucular üçün nə-zərdə tutulmuşdur.