GERIYƏ

Bir ömrün iziylə

Müəllif Fəridə Səfiyeva
Nəşr olunduğu il 2018
Elm sahəsi Fəlsəfə
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Fəridə Səfiyeva. Bir ömrün iziylə. Bakı, Elm, 2018.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Fəridə Ramiz qızı Səfiyevanın "Bir ömrün iziylə" kitabı Azərbaycan fəlsəfə tarixinin banisi, milli fəlsəfə və ictimai fikir tarixi haqqında ilk fundamental əsərin müəllifi Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti akademik Heydər Nəcəf oğlu Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur. Nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirilir. Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu kitabda yer alıb.