GERIYƏ

Millət və cəmiyyət tarixin sərt dönəmlərində

Müəllif Ə.F.Daşdəmirov
Nəşr olunduğu il 2008
Elm sahəsi Tarix
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Ə.F.Daşdəmirov. Millət və cəmiyyət tarixin sərt dönəmlərində. Bakı, Elm, 2008.

Ötən iyirmi il Azərbaycanın çoxəsrlik tarixində qısa bir andır. Lakin ictimai-siyasi dəyişikliklərin miqyasına və əhəmiyyətinə görə bu dövr Azərbaycan cəmiyyəti və millətinin ən yeni tarixin-də görkəmli yer tutmuşdur. Oxucuların diqqətinə təqdim olunan "Millət və cəmiyyət tarixin sərt dönəmlərində" kitabında müəllifin Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qullugu Akademiyasının professoru, AMEA-nın Arxeolo-qiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Əfrand Daşdəmirovun bu dövr haqqında ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərində, eləcə də indiki əsrin əvvəlində müxtəlif Azərbaycan və rus nəşrlərində dərc olunmuş müşahidə və mülahizələri yer almışdır. Bu yazılarda SSRİ-də yenidənqurma prosesi gedişində başlatımış və dərin siyasi və sosial-iqtisadi böhran, sonda isə Sovet İttifaqının süqutu ilə nəticələnmiş köklü islahatlar və struktur dəyişiklik-ləri şəraitində cəmiyyət və millətin nələrlə üzləşdiyi müzakirə olunur. Kitabda Azərbaycanda dövlət müstəqilliyi quruculugunun problemləri, xalqın milli özünüdərkinin yeniləşməsi, onun milli identikliyi məsələləri, ölkənin sərbəst inkişafının daxili və xarici imkanları işıqlandırılır. Əsərin aparıcı mövzusu Azərbaycan Respublikasının demokratik inkişafının problemləri, çətinlikləri və qazancları, ictimai elmlərin Azərbaycan cəmiyyətinin demokratik seçiminin əsaslandırılmasında rolu və əhəmiyyətidir.