GERIYƏ

Xəzər dənizinin hidrometeorolgiyası

Müəllif R.M.Məmmədov
Nəşr olunduğu il 2013
Elm sahəsi Ekologiya
Nəşriyyat Avropa
Nəşr yeri Bakı

R.M.Məmmədov. Xəzər dənizinin hidrometeorolgiyası. Bakı, Avropa, 2013.

Kitabın ümumi səciyyə hissəsində əvvəlcə qısa şəkildə Xəzər dənizinin etimologiyası və formalaşması, müasir fiziki parametrləri və coğrafi səciyyəsi, mühafizə olunan əraziləri haqqında yeni informasia verilir. Bu fəsiln təbii ehtiyatlar hissəsində karbohidrogen ehtiyatları və bioloji resursları da araşdırılır. İkinci fəsill sahillərin və dəniz dibinin geomorfologiyasına, üçüncü fəsil isə dəniz üzərində iqlim şəraitinin formalaşmasına və meteoroloji dəyişkənliyə həsr olunmuşdur. Dənizin hidrologiyasına kitabda böyük yer verilir, dördüncü fəsil bu mövzuya həsr olunmuşdur. Fəsildə dənizn axınları, temperaturu, duzluluğu, şəffaflığı və s. hidroloji parametrlərin mövsüm dəyişmələrini əks etdirən yeni xəritələr verilmişdir. Xəzər dənizinin səviyyəsinin dəyişməsinə və onun sosial-iqtisadi-ekoloji nəticələrinə, səviyyə dəyişməsinin uzunmüddətli proqnozu xüsusi diqqətlə beşinci fəsildə araşdırılır. Nəhayət sonuncu altıncı fəsil dənizin ekocoğrafiyasına, çirklənmə mənbələrinin müəyyənləşdirilməsinə, ümumi ekoloji vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuşdur. Kitab Xəzər dənizinin hidrometerologiyası və səviyyə problemi sahəsində işləyən mütəxəssislər, doktorantlar və universitetlərin müvafiq fakultəsində oxuyan tələbələr üçün yazılmışdır.