Cəmiyyət və sosio-hüquqi problemlər
Müəllif | Habil Qurbanov |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Habil Qurbanov. Cəmiyyət və sosio-hüquqi problemlər. Bakı, Elm, 2018.
"Cəmiyyət və sosio-hüquqi problemlər" kitabı üç fəsildən ibarət olub, müəllifin son illərdə yazıb çap etdirdiyi elmi məqalələr əsasında tərtib olunmuş bir topludur. Kitabda müasir Azərbaycan Respublikasında cəmiyyətdə baş verən inkişaf dinamikası və bu aspektdə sosial problemlər, hüquqi baxış fəlsəfəsindən bəhs edən müxtəlif mövzular geniş yer almışdır.Bu toplum bakalavr və magistr sistemi üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, qanunyaradıcılıq və qanun tətbiqedicilik sahəsində çalışan əməkdaşlar, vətəndaşlar və bütövlükdə respublikanın ictimai, siyasi və hüquq nümayəndələri üçün nəzərdə tutulmuşdur.