Sahə müəssisələrinin avadanlıqları. Dərslik
Müəllif | Əhməd Qulu oğlu Məlikov |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | ADAU |
Nəşr yeri | Gəncə |
Əhməd Qulu oğlu Məlikov. Sahə müəssisələrinin avadanlıqları. Dərslik. Gəncə, ADAU, 2025.
Dərslik “Sahə müəssisələrinin avadanlıqları” kimi mühüm bir mühəndis hazırlığı mərhələsinin tədris proqramına uyğun öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Dərslikdə qida məhsulları istehsalı sənayesinin müxtəlif müəssisələrində (taxıl emalı, çörək, konserv məhsulları, alkoqollu, alkoqolsuz içkilər istehsalı zavodlarında, makaron, qənnadı fabriklərində və s.). müxtəlif prosesləri yerinə yetirən texnoloji maşın və aparatların quruluşuna və iş prinsiplərinə
baxılmışdır. Dərslik qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərsliyin materiallarından qida sənayesi müəssisələrinin müxtəlif sahələrində çalışan mühəndis texniki işçilər və texnoloqlar da istifadə edə bilərlər.