Davranış iqtisadiyyatı
Müəllif | Elçin Nəsirov |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Gəncə |
Elçin Nəsirov. Davranış iqtisadiyyatı. Gəncə, , 2025.
Kitabın yazılmasının əsas səbəblərindən biri davranış iqtisadiyyatı ilə bağlı Azərbaycan dilində ədəbiyyat çatışmazlığından irəli gələn problemləri həll
etmək təşəbbüsüdür. Bir çox universitetlərdə bakalavr və magistr səviyyələrində bu sahə üzrə dərslər keçirilsə də, tələbələr əsasən xarici mənbələrdən istifadə etməyə məcbur olurlar. Bir müəllim kimi sözügedən problemlə Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesində qarşılaşmışam. Məhz bu səbəbdən də doğma dilimizdə iqtisadçı kadr hazırlığı üçün “Davranış iqtisadiyyatı” adlı dərsliyi hazırlamaq qərarına gəldim. Kitabın hazırlanması prosesində iki əsas məqama
xüsusi diqqət yetirilmişdir: dilin sadəliyi və riyazi izahların minimuma endirilməsi.