Qədim dünya tarixi. II Hissə - Antik Avropa (Qədim Yunanıstan)
Müəllif | İ.M. Məmmədov, N.D. Zeynalov, A.N. İsmayılov, E.M. Aslanov, A.R. Qədirova. T.Ə. Quliyeva |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Mingəçevir |
Nəşr yeri |
İ.M. Məmmədov, N.D. Zeynalov, A.N. İsmayılov, E.M. Aslanov, A.R. Qədirova. T.Ə. Quliyeva. Qədim dünya tarixi. II Hissə - Antik Avropa (Qədim Yunanıstan). , Mingəçevir, 2022.
Azərbaycan Respublikasının humanitar yönümlü ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində “Tarix” və “Tarix müəllimliyi” ixtisasları
üzrə təhsil alan tələbələrin, həmçinin, ölkəmizin orta ixtisas və ali təhsil müəssisələrində “Tarix” fənnini tədris edən müəllimlərin bəşəriyyətin qədim tarixi haqqında fundamental biliklərini yeni informasiyalarla zənginləşdirmək məqsədi ilə yazılmışdır. Dərs vəsaitinin tərtib edilməsi zamanı çoxlu sayda mötəbər mənbələrdən, son dövrlərdə aparılan elmi araşdırmaların və yeni arxeoloji tədqiqatların nəticələrindən istifadə olunmuş, onların dərin elmi təhlili nəzəri material qismində əsas mətnlərə əlavə edilmişdir. Kitabda Qədim Yunanıstan tarixinin ayrı-ayrı mərhələlərini əks etdirən mövzulara daxil edilmiş tematik şəkillərin, xəritələrin və illüstrasiyaların izahlı təsviri isə oxucularda predmet haqqında çox geniş vizual təsəvvürlər yaratmağa imkan verəcək. Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının əməkdaşları ümid edirlər ki, “Qədim dünya tarixi” kursunun “Antik Avropa” bölməsinin tarixçi-mütəxəssislər və tələbələr tərəfindən effektli şəkildə öyrənilməsində sözügedən kitab əlverişli vasitə olacaqdır.