Şeirlər
Müəllif | Zakir Fəxri |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Azərbaycan Tərcümə Mərkəzi |
Nəşr yeri | Bakı |
Zakir Fəxri. Şeirlər. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2018.
Bu gün ədəbi məkanımızı bürüyən savadlı, səliqəli, lakin ədəbi-bədii cəhətdən qidasız, cansız və ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Azərbaycan Ədəbiyyatını tapmağın, üzə çıxarmağın, "həqiqi olanı" "oxşarından" seçib ayırmağın bir yolu da yaranan və yaranmaqda olan nadir ədəbi incilərin yeniformatlarda və müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri ayrı-ayrılıqda sanballı ədəbi tutum daşıyıcısı olan kiçik poetik nümunələr bütöv qəzet səhifələrinə yerləşdirilən ənənəvi şeir silsilələri, yaxud "kitab bolluğu" sindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək nəşr edilməlidir. Burada əsas məqsəd Bədii Fikrin, Sözün yazıldığı dərəcədə mənimsənilməsinə imkan yaradılması, "yazılan"ın yazıldığı, baş aldığı Məqamın mənzərəsində, yarandığı həmin İlahi Tənhalıqda təqdim edilməsidir.