GERIYƏ

Bitsiklik efirlərin sintezi və tətbiqi

Müəllif Vüsalə Seyid Əzim qızı Qədirli, Minavər Cəfər qızı İbrahimova
Nəşr olunduğu il 2025
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Savad
Nəşr yeri Bakı

Vüsalə Seyid Əzim qızı Qədirli, Minavər Cəfər qızı İbrahimova. Bitsiklik efirlərin sintezi və tətbiqi. Bakı, Savad, 2025.

“Bitsiklik efirlərin sintezi və tətbiqi” adlı monoqrafiya zərif üzvi sintezin dar bir sahəsini əhatə edərək uzun və gərgin əməyin nəticəsində ərsəyə gəlmişdir. Burada dünya çapında dərc edilmiş elmi işlərlə yanaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun elmi əməkdaşları tərəfindən yerinə yetirilən tədqiqat işləri də öz əksini tapmışdır. Kitabda norbornen karbon turşusunun efirlərinin, həmçinin onlar əsasında diefirlərin, o cümlədən bitsiklik fraqmentli (met)akril efirlərinin sintez üsulları, xassələri, tətbiq sahələri və polimerləşməsi haqqında əhatəli məlumat verilmişdir.