Borçalı Dastanı
Müəllif | Zəlimxan Məmmədli |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Zəlimxan Məmmədli. Borçalı Dastanı. Bakı, Qanun, 2017.
"Borçalı dastanı" adlı bu kitab "Borçalı” İctimai Cəmiyyətinin (daha sonra "Borçalı Cəmiyyəti") 2009-cu il aprel ayının 12-dən (Cəmiyyətin bərpa kon-fransından) 2017-ci ilin noyabr ayına qədər həyata keçirdiyi layihələrin məc-musundan ibarətdir. Kitab 8 fəsildən "Dədə Camal" Məclisləri, "Elmi-nəzəri konfranslar", "Həmrəylikdən bütövlüyə", "Elat bayramları", "Elimizin tərəq-qisi naminə layihələr", "Anım, təqdimat və yubiley tədbirləri", "Həyat da, mü-barizə də davam edir", "Şəkillərdə qalan tarix" fəsillərindən ibarətdir. Kitabda həm də tədbirlərin mətbutda işıqlandırılması, müsahibələr, müəllif yazıları, rəylər öz əksini tapmışdır. Kitab böyük oxucu kütləsi, təşkilat quruculuğu işi ilə məşğul olan kəslər, tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.