GERIYƏ

Yüz Böyük Türk

Müəllif
Nəşr olunduğu il 2009
Elm sahəsi Tarix
Nəşriyyat Xəzər
Nəşr yeri Bakı

. Yüz Böyük Türk. Bakı, Xəzər, 2009.

Ədəbiyyat, sənət, elm və hərbçilikdə bəşəri işlər görmüş yüz türk böyüyünün tərcümeyi-halına və tarixə həkk olunmuş ulu əməllərinə bu əsərdə yer vermişik. Qələmi və qılıncı ilə yurda xeyirli və yararlı işlər görmüş hələ neçə-neçə "Böyüklərimiz var. Onların içindən seçmə edərkən "ən öncül"lərini kitaba salmaq məqsədini güdmədik. Hətta adı çox az çəkilmiş, ya da heç anılmamışları da bu əsərə daxil etdik. Morze əlifbasını türk dilinə uyğunlaş-dıran Mustafa Əbdülməcid Sivasi Əfəndi kimi. Beləliklə, əsas məqsədimiz odur ki, yurdumuza xidmət etmiş bu nəhəng kişiləri gənclərimizə tanıtdıraq. Böyüklərimizi bu kiçik əsərdə ancaq bir səhifədə tanıtmağa çalışarkən klassik tərcümeyi-hal formasına uymadıq. Əsasən, ön planda həyatlarına xüsusi yer verdik. Gördükləri işlərin ən başlıcasına toxunmaqla kifayətləndik. Və Türk böyüklərini sıra ilə təqdim edərkən Vətən xilaskarı, Türkiyə Cüm-huriyyətinin Yaradıcısı, Milli Qəhrəmanımız və düşünən "başımız" Mustafa Kamal Atatürklə əsəri başlamalı olduq. Türk böyükləri, əlbəttə, bu kitaba daxil olanlardan ibarət deyildir. Biz onların ancaq yüz nəfərindən bəhs edərkən yaza bilmədiyimiz neçə-neçə böyüklərimizin sevkilərini ürəyimizdə daşıyırıq. Bu nəhəng insanların içində elələri var ki, haqqında minlərlə səhifəlik əsərlər yazılmışdır. Minlərcə səhifəyə sığmayan bu nəhəngləri bir səhifədə tanıda biliriksə, sevinməyimizə dəyər.