Məhəbbətim bölünmədi
| Müəllif | Nigar Rəfibəyli |
|---|---|
| Nəşr olunduğu il | 2013 |
| Elm sahəsi | Bədii Ədəbiyyat |
| Nəşriyyat | Şərq-Qərb |
| Nəşr yeri | Bakı |
Nigar Rəfibəyli. Məhəbbətim bölünmədi. Bakı, Şərq-Qərb, 2013.
Qadın olmaq hər şeydən öncə məsuliyyətdir. Nigar Rəfibəylinin isə məsuliyyəti üçqat idi. Xudadat bay Rəfibəylinin qızı, Rəsul Rzanın xanımı, Anarın anası olmağın məsuliyyəti... Bu üç şəxsiyyətin həyatını, yaşadıqlarını, yazdıqlarını düşünəndə Nigar xanımın gücünə heyrət edirəm. Har misrasından məsumluq yağan çiçək qoxulu şeirlər müəllifi, zərif ruhlu xanım möhkəm xarakterinin və bəlkə də hansısa ilahi sehrin hesabına hər üç Kişini sona kimi qorudu, zirvədə saxladı. Və indi, bu fərqli Qadının yüz yaşında, avtobioqrafiyasına, şeirlərinə, yazılarına, tərcümələrinə, nəzər salanda onların üçünün də əksini apaydın görmək olur.