Silinməyən izlər
Müəllif | Elçin Əfəndi |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Hədəf Nəşrləri |
Nəşr yeri | Bakı |
Elçin Əfəndi. Silinməyən izlər. Bakı, Hədəf Nəşrləri, 2023.
“Silinməyən izlər” romanı, əsasən, sevgidə buraxılan səhvlərin sonradan önə çıxması üzərində qurulmuşdur.
İki gənc bir-birini dəlicəsinə sevsə də, sonda onları bir dəhşət ayırır. Həmin dəhşət isə onların valideynlərinin buraxdıqları sevgi izləridir ki, silinmədən üzə çıxır.
Romanda cəmiyyət tərəfindən formalaşmış bəzi təfəkkürlərin çürüklüyünə və ailə-məişət mövzusuna, həmçinin dövlət məmurunun özbaşınalığına toxunulub.
Belə ki, əsərin gedişatında vergilər nazirinin müavini vəzifəsində çalışan İkram Ələsgərovun cinayət əməlləri xüsusi xidmət əməkdaşları tərəfindən ifşa olunur və cinayətkar məmur məsuliyyətə cəlb olunur.