Dünya yuxutək əriyir...
Müəllif | Leyla Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Azərbaycan Tərcümə Mərkəzi |
Nəşr yeri | Bakı |
Leyla Əliyeva. Dünya yuxutək əriyir.... Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2016.
Oxuculara təqdim olunan bu şeirlər toplusu ədəbi mühitimizə «Getmə, ana», «Gedim bir az ağlayım», «Qu quşu», «Pərvanə», «Hərənin öz sonu», «Gözlərim kor olub və digər bu kimi təsirli şeirləri ilə qədəm qoymuş gənc, istedadlı şair Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. İlk qələm sınaqlarından başlayaraq, fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər, artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb.
Bu kitabı şairin, bəzən parlaq günəşli yaşıl düzənliklərlə, bəzənsə, ildırım və şimşək çaxıntıları dolu sıldırımlı, qasırğalı yollarla irəlilədiyi yaradıcılıq xəritəsi adlandırmaq olar. Bir qədər də yaxınlaşsaq, bu şeirlərin Yer üzünə sanki buludların yuxarısından qanadlarla enmiş məsum mələyin yadlıq və qərib-likdə keçən həyat mənzərələri mənasını, məntiqini heç cür anlaya bilmədiyi «həqiqətlərdən» üzülüb nazilmiş ruhuyla bu dünyanın darısqallıqlarından, bəzən çıxış nöqtəsi, nəfəsliyi olmayan kip çərçi-vələrindən sivrilib, gah üzüyuxarı məchul angin-liklərə, gah da qəfil hayat yanğısıyla üzüaşağı - Ye-rə şığıyan mələk uçuşları olduğunu anlayarıq...
Müəllifin ən böyük uğuru və qələbəsi, İlahi ərazilərdə baş verən bütün hadisələri ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın havasında, həmin təsirdə saxlamaq və kağıza köçürmək qabiliyyətidi. Bu şeirlər anlaşılmaz, dərkedilməz, dirildici bir enerji daşıyıcılığına malikdi. Burda sevinc, fərah, heyrət, dünyanın adi gözlə görülməyən İlahi gözəlliklərinə vurğunluq kimi, qüssə də, kədər də, tənhalıq və çıxılmazlıqlar da şəfqətverici və oyandırıcıdır. Ən başlıcası isə, bütün bu yaşananların, öz həqiqəti və sevgisi ilə dünyanın, onun insanlar tərəfindən quraşdırılmış dayaqsız, məntiqsiz «Məntiqinin>>> üzərində, fövqündə qələbə çalmasıdır.