Azərbaycan uşaq ədəbiyyatı
Müəllif | Xanım Mustafayeva |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Xanım Mustafayeva. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, Elm, 2011.
Uşaq ədəbiyyatı Azərbaycan ədəbiyyatının əsas tərkib his-səsi, onun mühüm təmayüllərindən biridir. Ədəbiyyatımızın böyük simaları olan Xaqani, Nizami, Nəsimi, Füzuli öz didaktik əsərlərində uşaqlar üçün də müdrik fikirlər söyləyiblər. Nizaminin «Xəmsə» sində, xüsusən «Sirlər xəzinəsi» əsərində uşaq və yeniyetmələr üçün didaktik öyüd və nəsihətlər, maraq-lı, məzmunlu, təlim-tərbiyə üçün gərəkli cəhətlər kifayət qədərdir. Bununla yanaşı, zəngin folklorumuzda, əvəzsiz aşıq ədəbiyyatında, layla, bayatı və nəğmələrimizdə uşaqların əqli və mənəvi tərbiyəsinə ünvanlanan dəyərli ədəbi nümunələr var. Müxtəlif dərslik və müntəxabatlarda, uşaq ədəbiyyatı ilə bağlı tədqiqat əsərlərində bütün bunlar kifayət qədər əsaslandırılıb.