Azərbaycan Uşaq ədəbiyyatı: biblioqrafiya Üç cilddə I cild
Müəllif | tərt. ed.: S. Əhmədova, Ş. Qəmbərova |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | Zərdabi Nəşr |
Nəşr yeri | Bakı |
tərt. ed.: S. Əhmədova, Ş. Qəmbərova. Azərbaycan Uşaq ədəbiyyatı: biblioqrafiya Üç cilddə I cild. Bakı, Zərdabi Nəşr, 2021.
Azərbaycan uşaq ədəbiyyatına həsr edilmiş biblioqrafik göstərici müstəqillik dönəmində ərsəyə gələn və uşaq ədəbiyyatına həsr edilən ilk fundamental biblioqrafiyadır. Kitabda verilən məlumatlar XIX yüzilliyin ortalarından başlayaraq XX əsrin iyirminci illərinə, yəni sovet dönəminin başlanğıcına
qədərki bir dövrü əhatə edir.
Biblioqrafiyada nəzərdə tutulan dövrdə çap olunmuş uşaq ədəbiyyatı, təhsil müəssisələrində istifadə edilən dərsliklər və həmçinin XX əsrin əvvəllərində meydana gəlmiş uşaq mətbuatı öz əksini tapmışdır. Biblioqrafiya 3 hissədən və hər bir hissə üçün nəzərdə tutulmuş əlavələrdən ibarətdir. Üç cildlik Azərbaycan uşaq ədəbiyyatı adlı göstərici ədəbiyyatşünas alimlər, tədqiqatçılar,
kitabxanaçı-biblioqraflar, müəllimlər, metodistlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.