Şəhərcik (roman)
Müəllif | Azad Qaradərəli |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Azad Qaradərəli. Şəhərcik (roman). Bakı, Qanun, 2014.
Tanrı bu dünyanı yaradanda hər şey üstü açıq idi. Sərhədsiz torpaq heyvanların, su yosunların və balıqların, göy quşlarındı. Və İnsanı atdı bu dünyaya. O gələn kimi ilk olaraq sərhədləri cızdı, sonra bir sıra ayıb şeylərin üstünü örtdü. Çılpaq insan ayıb yerlərini örtməklə bütün ayıbları gizlətdiyini sandı. Onun törətdiyi yeni-yeni ayıblarsa bəşəriyyətin utanc yerinə döndü. Oxumağa başladığınız bu yazıda İnsanın fikirləşib tapdığı, fəqət üstünü örtdüyü yeni-yeni ayıblarının üstünü açmağa çalışdım. İnsanın nəcisinin üstünü açanda pis qoxu verdiyi kimi, onun bu yeni ayıbları da sizin xoşunuza gəlməyəcək, bilirəm.