Seçilmiş əsərləri
Müəllif | Harold Pinter |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Harold Pinter. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2010.
Artıq neçə ildir ki, bütün dünya teatrşünasları görkəmli ingilis dramaturqu, Nobel mükafatı laureatı Harold Pinterin yaradıcılığını bu və ya digər estetik çərçivələrə sığışdırmağa, nəzəriləşdirməyə çalışırlar. Hətta bunun üçün, az qala, bütöv bir istilahlar lüğəti də düzəldiblər: «intizar dramı», «təhdid-lər komediyası», «Pinter pauzası»... Bu və buna bənzər ifadə-lərin, demək olar ki, hamısı teatrşünaslığa Pinterdən sonra gəlib. Lakin Pinterin yaradıcılığı elə onun öz müəmmalı xislətindən doğduğu üçün təsnifata, ümumiyyətlə, çox çətin uyur. Ona dünya şöhrəti gətirən əsərlərdə metafiziki dram da görərsən, real ictimai absurd»un çaşdırıcı komediyasını da, tipik antiburjua pamfletini də, ənənəvi siyasi teatrın tanış elementlərini də. Yazıçı ustalıqla oynadığı bu oyunun şərtlə-rini bütün yaradıcılığı boyunca durmadan dəyişir, teatr saha-sində hər cür yeniliyə daim açıq olduğunu hamıya təkrar-təkrar nümayiş etdirir.