Seçilmiş əsərləri
Müəllif | Gi de Mopassan |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Gi de Mopassan. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2010.
Gi de Mopassan 1850-ci il avqustun 5-də Normandiyada zadə-gan ailəsində dünyaya göz açıb. Müflisləşmiş ailəsi XVIII əsrdə Lotaringiya əyalətindən Normandiyaya köçübmüş. Yazarın atası Qustav de Mopassan (1821-1899) Paris birjasında dəllal olub və 1846-cı ildə öz uşaqlıq dostu Lora le Puatvenlə (1821-1903) ailə qurub. Sənətə son dərəcə vurğun olan və xeyli rəssamla dostluq edən Qustav özü də ara sıra sulu boya ilə rəsmlər çəkirmiş. Xanımı, yazarın anası ilə müqayisədə atası yeyib-içməyi, əylənməyi, sağa-sola pul xərcləməyi sevən birisi imiş. Elə buna görə də son dərəcə həssas və məntiqli düşüncə tərəfdarı olan xanımıyla onlar 1856-cı ildə, ikinci oğulları Erve dünyaya gələndən sonra ayrılırlar. Qadın dəniz kənarındakı Etret şəhərində yerləşən villasında övladlarını təkbaşına böyütməyə başlayır.