GERIYƏ

Seçilmiş əsərləri

Müəllif Con Qolsuorsi
Nəşr olunduğu il 2010
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Con Qolsuorsi. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2010.

1906-cı ildə yazıb tamaşaya qoyduğu «Gümüş müc-rü» pyesindən sonra o, ədəbi mühitdə özünü dramaturq kimi də təsdiq etdirir. I Dünya müharibəsinə qədər bir sıra uğurlu pyeslərini yazır: «Mübarizə», «Həqiqət». Hər üç pyes sosial sui-istifadəni ifşa edir. Axırıncı "Həqiqət" pyesi isə həbsdə tək yatanların vəziyyətinin acınacaqlı olmasını mühakimə edir və bununla bağlı olaraq, Uinston Çörçill demişdi ki, bu pyes onun həbsxanada islahatlar keçirməyinə böyük təsir göstərmişdir. Qolsuorsi XX əsr ingilis ədəbiyyatında tənqidi realizmin ən görkəmli nüma-yəndəsi olub. O, romanlar, novellalar yazır, dramaturgiya ilə, tənqidlə məşğul olur, bütün sahələrdə reallıq uğrunda mübarizə aparırdı.