Demoqrafiya: dərs vəsaiti
Müəllif | Rüfət Efendiyev |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Sosial elmlər |
Nəşriyyat | Sabah |
Nəşr yeri | Bakı |
Rüfət Efendiyev. Demoqrafiya: dərs vəsaiti. Bakı, Sabah, 2018.
Dərs vəsaitində demoqrafiyanın elmi əsasları, əhalinin qeydiyyatı və sayı, təbii artım komponentləri (doğum, ölüm) və demoqrafik tərkibi, demoqrafik göstəricilərin standartlaşdırılması və əhalinin strukturunun müqayisəsi üçün analoqların seçilməsi, əhalinin təkrar istehsalı və demoqrafik keçid nəzəriyyəsi, nikahlılıq və boşanma, əhalinin miqrasiyası, demoqrafik proqnoz və digər məsələlər öz əksini tapmışdır. Kitabda, həmçinin demoqrafiya sahəsində istifadə olunan əsas anlayışlar və onların izahları, Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində qəbul olunmuş Dövlət Proqramları, özünü yoxlamaq üçün suallar yer almışdır.