Akademik Mir Əsədulla Mirqasımov: bitib-tükənməyən nağıl
Müəllif | Ş.Cəlilli |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Ş.Cəlilli. Akademik Mir Əsədulla Mirqasımov: bitib-tükənməyən nağıl. Bakı, Elm, 2015.
Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, ilk Azərbaycanlı alim cərrah, ümumi cərrahiyə ilə bağlı ilk dərsliyin, təbabətin aktual məsələlərinə həsr olunan elmi əsərlərin, kitab və monoqrafiyaların müəllifi, "Akademik Mirqasımov Məktəbinin və urologiyanın banisi, Azərbaycanda klinika və hərbi səhra cərrahiyəsinin, Tibb Universiteti-nin, Tibb Elmi Cəmiyyətinin, Cərrahlar Cəmiyyətinin, Tibbi Terminologiya Komitəsinin təşkilatçılarından və rəhbərlərindən biri, Cərrahların Beynəlxalq Assosiasiyasının həqiqi üzvü, üç çağırış SSRİ Ali Sovetinin deputatı, ictimai xadim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımovun şərəfli ömür yolundan söhbət açılır.