GERIYƏ

İlyas Əfəndiyevin publisistikası.

Müəllif Abid Tahirli
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Abid Tahirli. İlyas Əfəndiyevin publisistikası. . Bakı, Elm, 2005.

Filologiya elmləri namizədi Abid Tahirli bu kitabında Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin publisistika-sından, böyük qələm sahibinin bu janrda qələmə aldığı oçerk, xatirə, yol qeydləri, ədəbi-tənqidi məqalə və resenziyalardan, onların mövzusu, ideya-istiqaməti, dil, üslub, sənətkarlıq problemlərindən bəhs edir, yazıçının ədəbi irsində roman, povest və pyesləri ilə yanaşı publisistikasının da aktual və faydalı olduğu barədə fikirlərini bölüşür. "Azərbaycan mühacirəti" ("Tural-Ə" nəşriyyatı, Bakı, 2001, 344 səh.), "Sözlə yarananlar, sözü yaşadanlar" ("Əbilov, Zeynalov və oğlulları" nəşriyyatı, Bakı, 2001, 308 səh.), "Azərbaycan mühacirət mətbuatı. I hissə (Bakı, QAP poliqraf, 2002, 158 səh.), "Azərbaycan mühacirət mətbuatı. II hissə (Bakı, "Ozan” nəş riyyatı, 2003, 276 səh.), "Deyilən söz yadigardır" ("Azərbaycan" nəşriyyatı, Bakı, 2003, 79 səh.) kitablarında olduğu kimi bu əsərində də Abid Tahirli öz iş və yaradıcılıq üslübuna sadiqdir: toxunduğu mövzuya dərindən nüfuz edir, problemi hərtərəfli araşdırır, ciddi təhlilə, obyektiv elmi-nəzəri qənaətlərə üstünlük verir.