Müasir dövrdə ərazi bütövlüyü prinsi-pinin və millətlərin öz müqəddəratını təyinetmə hüququnun yeni aspekt-ləri mövqeyindən dövlətlərarası münaqişələrdə ərazi faktoru
Müəllif | Xaqan Bayram oğlu Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Xaqan Bayram oğlu Məmmədov. Müasir dövrdə ərazi bütövlüyü prinsi-pinin və millətlərin öz müqəddəratını təyinetmə hüququnun yeni aspekt-ləri mövqeyindən dövlətlərarası münaqişələrdə ərazi faktoru. Bakı, Elm, 2018.
Xaqan Bayram oğlu Məmmədovun «Müasir dövrdə ərazi bütövlüyü prinsipi və millətlərin öz müqəddəratını təyinetmə hüququnun yeni aspektləri mövqe yindən dövlətlərarası münaqişələrdə ərazi faktoru» adlı monoqrafiyası müasir dövrün aktual problemlərindən birinə - XX əsrin sonu, XXI əsrin əvvəlində meydana çıxmış etnoərazi münaqişələrə həsr olunub. Bir çox hallarda, bu ixtilaflar dövlətlərarası münaqişələrə çevrilmişdir ki, bu da üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. Demək olar, müasir dövrdəki bütün mövcud etnoərazi münaqişələrin struktur və prosedur faktorları, bu münaqişələrin həlli yolları tədqiq edilib. Eyni zamanda, sözügedən münaqişələrin nizamlanması ilə bağlı, böyük dövlətlə rin və beynəlxalq təşkilatların fəaliyyəti təhlil edilib, yeni dünya nizamının formalaşması prosesi ilə postsosialist məkanda meydana gəlmiş etnoərazi münaqişələr arasındakı qarşılıqlı əlaqələr və qarşılıqlı asılılıq məsələlərinə aydınlıq gətirilib.