GERIYƏ

Dorian Qreyin portreti

Müəllif Oskar Uayld
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Altun
Nəşr yeri Bakı

Oskar Uayld. Dorian Qreyin portreti. Bakı, Altun, 2021.

İngilis filosofu, dramaturq, yazıçı, şair və tənqidçi Oskar Uayld ingilis dilində yazılmış ən gözəl komediya, eləcə də esselərin müəllifidir. O, həyatının son illərini Sebastiyan Melmot adı ilə yoxsulluq içində Parisdə yaşamış, elə oradaca hamı tərəfindən unudulmuş şəkildə vəfat etmişdir. “Dorian Qreyin portreti” Oskar Uayldın dərc edilmiş yeganə romanıdır. İlk dəfə 1890-cı ilin iyul ayında “Lippinkotun aylıq jurnalı”nda (Lippincott's Monthly Magazine) çap olunmuşdur. Əsər sonralar estetizmin manifestinə çevrilmiş xüsusi müqəddimə və altı yeni fəsil əlavə olunaraq 1891-ci ilin aprel ayında ayrıca kitab şəklində nəşr edilmişdir.