GERIYƏ

Praktiki neytron və nüvə reaktoru fizikası. Nüvə enerjisinin istifadəsi: durum, problemlər və perspektivlər

Müəllif Adil Qəribov
Nəşr olunduğu il 2022
Elm sahəsi Fizika
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Adil Qəribov. Praktiki neytron və nüvə reaktoru fizikası. Nüvə enerjisinin istifadəsi: durum, problemlər və perspektivlər. Bakı, Elm, 2022.

Yer kürəsində mövcud olan enerji mənbələrinin təqribən 98%-i atom nüvələrində cəmlənib. Lakin atom nüvələri dayanıqlı olduğundan bu enerjinin istifadəsində böyük problemlərlə rastlaşmalı oluruq. Keçən əsrin 30-40-ci illərində ağır nüvələrin neytronlarla qarşılıqlı təsiri nəticəsində nüvə parçalanması və yüksək enerjili hissəciklərin təsiri altında yüngül nüvələrin əsasında yeni nüvələrin sintezi kimi iki tip nüvə prosesləri aşkar olunub. Müəyyən edilmişdir ki, neytron tutmaqla yaranan bəzi ağır nüvələrin parçalanma aktında müxtəlif formada külli miqdarda enerji ayrılması baş verir.