GERIYƏ

Böyük Qafqazın müasir torpaq örtüyü

Müəllif M.P.Babayev, Ə.M.Cəfərov, Ç.M.Cəfərova, S.M.Hüseynova, X.M.Qasımov
Nəşr olunduğu il 2017
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Elm
Nəşr yeri Bakı

M.P.Babayev, Ə.M.Cəfərov, Ç.M.Cəfərova, S.M.Hüseynova, X.M.Qasımov. Böyük Qafqazın müasir torpaq örtüyü. Bakı, Elm, 2017.

Böyük Qafqazın müasir torpaq örtüyü kitabı AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kompleks torpaq ekspedisiyasının (2008-2016) çöl və laboratoriya tədqiqatları, mövcud çap və fond materialları, torpaqşünaslığa aid ən yeni ideyalar əsasında hazırlanmışdır. Torpaq təsnifatının müasir inkişafı ilə əlaqədar olaraq Azərbaycan torpaqlarının təsnifatının təkmilləşməyə ehtiyacı vardır. Bu məqsədlə Respublikamızın bir bölgəsi olan Böyük Qafqazın torpaqları geniş tədqiq edilmiş və müqayisəli araşdırılmışdır.