Erməni (yad)el(li) Nağılları
Müəllif | Kamran İmanov |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Kamran İmanov. Erməni (yad)el(li) Nağılları . Bakı, Şərq-Qərb, 2013.
Oxuculara təqdim olunan “Erməni (Yad)el(li) nağılları” (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında) iki mövzu toplusundan ibarətdir. “Gəldim, gördüm... mənimsədim” adlı birinci fəsildə Azərbaycan xalqına məxsus əqli mülkiyyətin ermənilər tərəfindən qavranılması, mənimsənilməsi və erməniləşdirilməsindən bəhs olunur. Bunlar dastanlarımızın, əfsanələrimizin və digər epik əsərlərimizin əqli oğurluğu, bayatılarımızın, atalar sözləri və məsəllərimizin özününküləşdirilməsi cəhdləri, nağıl və lətifələrimizin, folklor janrının və digər musiqili nümunələrimizin “erməniləşdirilməsi” faktlarıdır. “Gəldim, gördüm,... mənimsədim” bölməsində göstərilən erməni plagiatçılığının müxtəlif təzahür formalarında ümumi olan nədir? Yalnız bir şeydir. Hər şeydən öncə, bu “nağıllar” qətiyyən erməni mənşəli deyildir. Sadəcə və sadəcə ermənisayağı təqlidçiliyin növbəti təqdimatıdır. Bunlar yadellinağıllardır və əsərin ümumi başlığı da belə adlanır. Bununla yanaşı, bunlar
“Cəfəngiyat teatrı” adlı ikinci başlıqda göstərilən cəfəngiyatlar şəklində yalançı iddiaların bu terminin dolayı mənasında “lətifələridir”.