Dərs vəsaitləri, dərslik və proqramlar. I hissə
Müəllif | Cəmil Əhmədli |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Sosial elmlər |
Nəşriyyat | Ecoprint nəşriyyatı |
Nəşr yeri | Bakı |
Cəmil Əhmədli. Dərs vəsaitləri, dərslik və proqramlar. I hissə. Bakı , Ecoprint nəşriyyatı, 2023.
Cəmiyyəti təşkil edən insanlar xarakterlərinə, peşələrinə, baxışlarına və digər əlamətlərinə görə fərqli olsalar da birgə yaşayır və fəaliyyət göstərirlər. Müxtəlif xarakter və
keyfiyyətlərə malik olan insanlar tayfa, xalq, millət halında birləşir, müəyyən bir dövlətin ərazisində yaşayırlar. İnsanların bu cür birgəyaşayış və birgəfəaliyyət formasını ifadə etmək üçün cəmiyyət anlayışından istifadə edilir.