Kartofun yeni texnologiya üzrə becərilməsi əsasında başlıca zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması: avtoreferat
Müəllif | Hüseynov Kazım Qarakişi öğlu, elmi məsl.: Siddiqə Rza qızı Məmmədova |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Hüseynov Kazım Qarakişi öğlu, elmi məsl.: Siddiqə Rza qızı Məmmədova. Kartofun yeni texnologiya üzrə becərilməsi əsasında başlıca zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması: avtoreferat. Bakı, , 2018.
Ölkəmizdə becərilən kənd təsərrüfatı bitkiləri arasında kartof bitkisi özünəməxsus yer tutur. Əhalinin kartof və kartofdan hazırlanan məhsullara olan tələbatı bu bitkinin geniş sahələrdə, hətta qeyriəlverişli torpaq-iqlim şəraitinə malik ərazilərdə becərilməsinə səbəb olmuşdur. İkinci çörək adlanan bu bitkinin mənşəyi Cənubi Amerikanın And dağ silsiləsi və Çiloe adasıdır. Ədəbiyyat məlumatlarında göstərilir ki, kartof bitkisi Araukaniyada, Alyaska və Kamçatkada da mövcud olmuşdur.