GERIYƏ

Ölən sevgilər

Müəllif Xatirə Quliyeva
Nəşr olunduğu il 2010
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Nurlan
Nəşr yeri Bakı

Xatirə Quliyeva. Ölən sevgilər. Bakı, Nurlan, 2010.

Məhəbbət elə bir şirin və ətirli meyvədir ki, əgər şairin ürəyində o varsa, sözlər özləri arı kimi uçuşub onun başına toplaşacaqlar. Yox, əgər məhəbbət yoxdursa, onun yerini kin, nifrət, qəzəb, ehtiras və başqa bu qəbildən olan acı, çürümüş meyvələr doldurubsa, gərək sözlərin qulağından bir-bir tutub onların üstünə mıxlayasan. Onda da, koru vurursan, körpüdən keçmir...