Göyçay ensiklopediyası
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | AVCİYA |
Nəşr yeri | Bakı |
. Göyçay ensiklopediyası . Bakı, AVCİYA, 2023.
Mən Göyçayda doğulub boya-başa çatmışam. Bununla fəxr edirəm. Bütün ömrüm boyu doğma Göyçayımın adını uca tutmağa çalışmışam, zəmanəsinin görkəmli pedaqoqu, maarifpərvər ziyalısı, mütəfəkkir din xadimi babam Hacı Rəhim Əfəndinin şərəfli yolunu davam et-dirərək el-obamın xeyrində, şərində faydalı olmaq üçün əlimdən gələni etməyə çalışmışam.
Təvazökarlıqdan bir qədər kənar səslənsə də, Göyçay üçün gördüyüm işlər barədə yetərincə məlumatı olan həmyerlilərim az deyil.
İndiyə qədər gördüyüm bu işlərin sırasında indi "Göyçay Ensiklopediyası" da var. Sevindirici haldır ki, hər bir göyçaylının ailə kitabxanasında layiqli yerini tutacaq bu kitabı ərsəyə gətirə bilmisik.