GERIYƏ

İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar

Müəllif
Nəşr olunduğu il 2022
Elm sahəsi Tarix
Nəşriyyat AVCİYA
Nəşr yeri Bakı

. İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar. Bakı, AVCİYA, 2022.

Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq hüquqi əsasları, ATƏT-in Minsk qrupu çərçivəsində darışıqlar prosesinin iflasa uğraması və İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri araşdırılır. Azərbaycan Silahlı Qüvvələrinin cami 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu dağmadağın edərək 30 ilə yaxın işğal altında olan əraziləri azad etməsi, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı ağır cinayətləri, Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə XXI əsr müharibələrinin taktikasını göstərməsi, Azərbaycanın qələbəsini ehtiva edən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar, bölgənin siyasi-hərbi və digər proseslərində Türkiyənin defakto və deyure iştirakı, Şuşa Bəyannaməsi və digər məsələlər təhlil edilir. Kitab beynəlxalq münasibətlər, dünya siyasəti, politologiya, konfliktologiya üzrə mütəxəs sislər və tədqiqatçılar üçün faydalı ola bilər. Kitab eyni zamanda qeyd edilən sahələr üzrə dərs vəsaiti kimi istifadə edilə bilər.