Tunc melek
Müəllif | Vahid Məmmədli |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Kitab klubu |
Nəşr yeri | Bakı |
Vahid Məmmədli. Tunc melek. Bakı, Kitab klubu, 2008.
2007-ci ilin noyabr ayında Moskvanın «Qrifon» nəşriyyatında ilk dəfə çap olunduqdan sonra qısa muddət ərzində dünyanın rus dilli oxucularının ən çox oxunan kitablarından birinə çevrilmiş Tunc mələk» romanı, Azərbaycanlı oxucuların çoxsaylı müraciətlərinə cavab olaraq müəllif tərəfindən ana dilimizə tərcümə olunmuşdur.
Dünya ədəbiyyatında yeni bir janrda, qansız döyüş romanı janrında yazılmış bu əsərdə mələk-insan, qorxmaz və məğrur detektiv-analitikin maraqlı macəraları haqqında söhbət açılır
Italiyanın «RAI-1 teleşirkətinin jurnalisti müharibə gedən İraqda yaraqlılar tərəfindən girov götürülür. Onun azad edilməsində hətta xüsusi xidmət orqanları da müsbət nəticə əldə edə bilmirlər. Lakin bütün məhru miyyətlərə və edam olunmaq təhlükəsinə baxmayaraq əsərin qəhrəmanı İtaliyalı telereportyoru əsirlikdən azad etmək fikrindən geri çəkilmir
Həmin mələk-insan özünün ən güclü silahı təmənnasız xeyirxahlığı ilə hətta düşmənlərini də düşünməyə məcbur edir. Çoxları onun haqqında eşitdiklərinə inanmır. Ancaq onu yaxından tanıyandan sonra barəsində deyilənlərin əfsanə deyil, həqiqət olduğuna əmin olurlar...