Təki məni duyan olsun
Müəllif | Xanlar Həmid |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Din |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Xanlar Həmid. Təki məni duyan olsun. Bakı, Mütərcim, 2003.
«Təki məni duyan olsun» mənim oxucularla dördüncü görüşümdür. Bundan öncə çap olunmuş «Yeni səslər» ədəbi almanaxında, «Bir ovuc torpaq», «Babək Xürrəmi» kitablarında çalışmışam ki, öz düşüncə və hisslərimi əziz oxuculala paylaşım.
Azərbaycan xalqının böyük oğlu Babək Xürrəmi, Şərq dünyasının birinci mütəfəkkiri Zərdüşt peyğəmbər, islam aləminin ən faciəli şəxsiyyəti Həzrət Hüseyn haqqında yazdığım faciələrdə bir-birindən fərqli dövrlərdə və başqa-başqa ölkələrdə yaşayan üç görkəmli dahinin ağıl və zəka, iman və etiqad fəlsəfəsini, ulu tanrıya, Allaha, haqqa, ədalətə bəşər övladını qovuşdurmaq üçün apardıqları mübarizələrdən, adlarını tarixlərin yaddaşında əbədi olaraq həkk edən bu üç nəhəng, möhtəşəm, qüdrətli simanın əxlaq dünyasının bədii obrazlı təsvirini vermək istəmişəm.