Qərbi Azərbaycan mətbuatı tarixi
Müəllif | Cəlal Allahverdiyev |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Cəlal Allahverdiyev. Qərbi Azərbaycan mətbuatı tarixi. Bakı, , 2024.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin kitabında Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixi və onun keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolu araşdırılır.
Kitabda Qərbi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitin inkişafında və formalaşmasında böyük rol oynamış anadilli mətbuat orqanlarının rolundan geniş bəhs edilir. Müəllif Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş, adları mətbuat tariximizə qızıl qələmlə yazılmış görkəmli ziyalıların fəaliyyətindən geniş söhbət açmışdır.
Araşdırılmış yeni mətbuat orqanları ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxuculara təqdim olunan bu tədqiqat mətbuat tariximizin ağrı-acılı səhifələrindəki boşluğun doldurulması yolunda atılan ilk addımdır. Kitab ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər, Azərbaycan mətbuatı tarixi ilə maraqlananlar üçün faydalı mənbədir.