GERIYƏ

Günəbaxan

Müəllif Eminquey
Nəşr olunduğu il 2020
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Alatoran Yayınları
Nəşr yeri Bakı

Eminquey. Günəbaxan. Bakı, Alatoran Yayınları, 2020.

Bir adam düşdü quyuya. Ona gah Yusif dedilər, gah da Məlikməmməd. Hər kəs bir cür çağırdı onu. Gah dedilər, Allahın mələkləri quyuda onunla söhbət edirmiş. Gah da dedilər ki, divlərin canını almağa düşübmüş. Onların dedikləri cəmi bir dəfə üst-üstə düşdü. İkisini də qardaşları atmışdı quyuya. Mən nə Məlikməmmədəm, nə də Yusif. Mən "Qu"yudan "Ey" deyə çağırıb səsləyənəm. Amma quyuda deyiləm. Yer üzündəyəm, Yer mənim quyumdu. Mən Günəşi gözləyə-gözləyə Günəbaxana çevrilmişəm. O Günəşdə hamıdan bir zərrə var. O həm təkdi, həm də tək deyil. O həm doğulub, həm də doğulmayıb. O həm doğur, həm də doğmur - əbədi qürubdadı. Kəsiblər Günəşin önünü. Amma... bir gün mütləq çəkiləcəklər Günəşin önündən, mütləq çəkiləcəklər