GERIYƏ

Təbrizli bayatılar

Müəllif Əli Polad
Nəşr olunduğu il 2015
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

Əli Polad. Təbrizli bayatılar. Bakı, , 2015.

İlk bayatını kimin, haçan, harada söylədiyi bilinmədiyi kimi, heç vaxt da heç kəs bu suallara cavab tapa bilməyəcək ki, son bayatı nə zaman, harada, kim tərəfindən yaradılacaq. Bayatı Azərbaycan sözünün elə misilsiz qəliblərindəndir ki, varlığı ilə -sığımı, dərinliyi, daxili genişliyi ilə bir dünya misallıdır. Dünya kimi onun da nə əvvəli, nə sonu məlumdur.