Ustad Rəsul Rza
Müəllif | Rahid S. Ulusel |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | "Letterpress" nəşriyyat |
Nəşr yeri | Bakı |
Rahid S. Ulusel. Ustad Rəsul Rza. Bakı, "Letterpress" nəşriyyat, 2010.
İyirminci yüz il Azərbaycan və dünya ədəbiyyatının gör kamli siması Rəsul Rza (1910-1981) milli poeziya sənətini, ümumən mədəniyyətimizi zənginləşdirən klassik irsin yaradıcısıdır. Zaman ötdükcə, bu möhtəşəm poetik irsin də dəyəri artır. Azərbaycan mədəniyyətinin öz köklərindən ayrılmadan modernləşməsi prosesində müstəsna xidmətləri olmuş Rəsul Rzanın şəxsiyyəti, ədəbi fəaliyyəti və bədii yaradıcılığı, ən çətin maqamlarda belə sənətə və insana ədalətli mövqedən yanaşması bütün nəsillər üçün örnəkdir.