Göylər Panahım Mənim
Müəllif | Fəridə Hacıyeva |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Fəridə Hacıyeva. Göylər Panahım Mənim. Bakı, , 2003.
Fəridə Hacıyevanın bu şerlər kitabınım da ilk oxucula-rından biri mən oldum. Yenə də onun zərif, incə, kövrək şair qəlbinin döyüntülərini eşitdim. Sevindim ki, Fəridə xanım ilk yazılarından üzü bəri-sonuncu hesab etdiyi şerlərinəcən özünə, öz təbiətinə, şair sözünə sadiq qalır. Yenə də Fəridə xanım sevgidən yazır, bu sevginin ülviliyindən söz açır, ayrılıq, hicran və bu məşəqqətdən doğan hissləri şerə çevirir, yenə də Fəridə xanım yaşadığı dövrün onda doğurduğu ağrı-acılardan, dünyanın gərdişinin, fələyin çərxinin dəyişməsindən narahat olduğunu bildirir.