Torpağa məhəbbət və xeyirxahlıq toxumu səpən alim
Müəllif | Siddiqə Məmmədova |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Siddiqə Məmmədova. Torpağa məhəbbət və xeyirxahlıq toxumu səpən alim. Bakı, , 2013.
Bu gün Azərbaycan Respublikası çoxillik tarixinin yeni inkişaf mərhələsini və şərəfli dövrünü yaşayır. Bu yaxınlarda Azərbaycan xalqı özünün böyük oğlu, bügünkü müasir Azərbaycanı yaratmış ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir. Ölkəmiz Ulu öndərin rəhbərliyi, onun sarsılmaz iradəsi, zəngin dövlətçilik təcrübəsi və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində öz milli dövlətçiliyini XX əsrin sonlarında yenidən bərpa edə və qoruyub saxlaya bildi, dünya dövlətləri arasında öz şərəfli yerini tutdu, regionda güc mərkəzinə çevrildi. Demokratik cəmiyyət, azad bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinə əsaslanan milli dövlətçilik quruculuğu qısa müddət ərzində öz bəhrələrini verdi və indi Azərbaycan Şərqi Avropa regionunda daha sürətlə demokratikləşən, iqtisadiyyatında ən yüksək və davamlı inkişaf templərinə malik ölkələrdən biridir. Aparılan siyasətin təməl daşını dialektik islahatçılıq təşkil etdiyindən, bütün sahələrdə daim yeni perspektivlər açılır, ölkə sürətlə beynəlxalq aləmə inteqrasiya olunur, insanların həyat səviyyəsi yüksəlir.