Sevənlərə Məktub
Müəllif | İskəndər Etibar |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
İskəndər Etibar. Sevənlərə Məktub. Bakı, , 2006.
Oxucu, bu kitabı, yəni ömrümün taleyini sənə tapşırıram. Gəncliyimdən üzü bəri özüm haqda tərif yazdırmaq üçün kimlərinsə qoltuğuna girməmişəm, heç kimə yarınmamışam. Odur ki, haqqımda deyib-danışan olmayıb. İlk kitabım "Səslər" haqda "Azərbaycany" jurnalında bir neçə kəlmə mərhum şair M.Rahim, sonra ötəri da olsa "Sabir poeziya günləri" almanaxında şair R.Rza, qəzetlərdə çıxan şeirlərimdən nümunə kimi ədəbiyyatşünaslardan B.Nəbiyev, A.Axundov söz açıb.
Haqqımda, yəni yaradıcılığımdan söhbət açılmayıb. Mən ancaq yaxşı şeir yazmağa çalışmışam. Bilirəm ki, əgər bu varsa, kiminsə tərifinə ehtiyac yoxdur. Oxucu, xahiş edirəm bu kitabı ürəklə oxu, məsləhət bilsən, ürəkdən gələn sözünü de. Kitabıma tələsik və ürəksiz yanaşmamağını arzu edirəm.